Ter-Petrosyandan KRİTİK AÇIQLAMA: "Əgər razılaşmasaq..."

 23:00 16.06.2021     58

"Bizim necə istəməyimizdən asılı olmayaraq, dünya birliyi bizi məcbur edəcək ki, Azərbaycanla sülh müqaviləsinin imzalanması ilə razılaşaq" .

Publika.az Ermənistan mətbuatına ölkənin ilk prezidenti Levon Ter-Petrosyan deyib.

Sabiq prezident bildirib ki, İrəvan razılaşmasa daha çox bəlalar görəcək:

"Əgər razılaşmasaq, onda özümüzə daha çox bəlalar gətirəcəyik. Məcbur edilir. BMT-nin nizamı belədir. Bu gün biz Əliyevin sülh müqaviləsinin imzalanması təklifini qəbul etməyə bilərik. Çünki sülhməramlılar ayaq üstədilər. Ermənistanla Azərbaycan arasında müharibə mümkün deyildir. Ancaq Azərbaycan və Türkiyə ilə danışıqların gedişi hansısa bir sazişə gətirib çıxarmalıdır. İki qonşu ilə daim düşmənçilik etmək olmaz. Bununla da biz varlığımızın özünü təhlükəyə atırıq".

Hüseyn


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/southcaucasus/359771.html