Cəlilabadda 17 yaşlı gəlin itkin düşdü - Foto

 23:15 16.06.2021     91

Cəlilabad rayon sakini itkin düşüb.

Axar.az Report-a istinadən məlumatına görə, rayonun Uzuntəpə kənd sakini, 2004-cü il təvəllüdlü Gülnayə Bəxtiyar qızı Şükürova iyunun 9-da evdən çıxaraq geri qayıtmayıb.

Onu görən şəxslərdən polisə və 051 386 06 59 telefon nömrəsinə məlumat vermələri xahiş edilir.

Qeyd edək ki, 17 yaşlı gənc qız iki aydır ailə həyatı qurub.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/hadise/566428.html