Türkiyə bu ölkələr də PUA göndərəcək - Bayraqdar açıqladı

 23:38 16.06.2021     62

Bütün dünya PUA texnologiyamızdan danışır.

Axar.az xəbər verir ki, bu sözləri “Baykar” şirkətinin baş direktoru Haluk Bayraqdar deyib.

“Türkiyə PUA-larına çox böyük maraq var. Avropa Birliyi və NATO üzvü Polşa ilə bu sahədə müqavilə imzalamışıq. PUA-lar göndəriləcək. Daha sonra Latviya və Albaniya nazirlərini qəbul etdik. Avropa ölkələrinin çox böyük marağı var. Artıq Türkiyə ixrac edən ölkəyə çevrilib”, - deyə Bayraqdar bildirib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/566432.html