Böyük xəyallarla gəlmişdik - Şenol Günəş

 23:47 16.06.2021     60

İki oyundan sonra xalımız yoxdur. Yekun nəticədə iki matçdan 0 xalımız var. Bizim üçün yaxşı nəticə deyil. Turnirə böyük xəyallarla gəlmişdik. İki oyuna pis başladıq. Sonra özümüzü ələ aldıq və oyuna ortaq olduq. Ancaq gözləmədiyimiz qol komandaya mənfi təsir etdi.

Axar.az xəbər verir ki, bunu Türkiyə millisinin baş məşqçisi Şenol Günəş Avro-2020-nin qrup mərhələsinin 2-ci turunda Uelsə 0:2 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"İkinci hissədə yaxşı oynasaq da, rəqib bizim meydana gəldi. Top itkilərimiz çox oldu. Rəqibə oynamaq şansı verdik və onlar təhlükə yaratdılar. Pis qollar buraxdıq. Pis oynadıq, amma yaxşı nəticə əldə edə bilərdik. Kaş qələbə qazana bilsəydik və ya heç-heçə etsəydik. Turnirdə ilk oyunda üç və indi iki qol buraxdıq. Uelsi məğlub edəcəyimizi düşünürdük. Digər matçlara baxmalıyıq, amma buraxdığımız 5 qol yaxşı olmadı. Vəziyyətimiz pisdir, çətin durumdayıq" - Ş.Günəş qeyd edib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/idman/566429.html