Putin Baydenlə razılığa gəldi: Bu ayın sonunda...

 23:48 16.06.2021     60

Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Co Bayden ilə görüş zamanı iki ölkənin səfirlərinin iş yerlərinə qayıtması barədə razılığa gəldiklərini deyib.

Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Səfirlərin iş yerlərinə qayıtmasına gəlincə, bu məsələnin həll olunması barədə razılaşdıq”, - Rusiya lideri vurğulayıb.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov isə bildirib ki, səfir Anatoli Antonov ABŞ-a bu ayın sonu (iyun - red.) gedəcək.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/dunya/359774.html