Azərbaycanın bu il neft ixracı 12 milyon tona çatır

 00:11 17.06.2021     62

2021-ci il yanvar-may aylarında Azərbaycan 11,921 milyon ton neft ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15 faiz azdır.

Trend bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən məlumat verir.

Azərbaycan hesabat dövründə 4,927 milyard dollar məbləğində neft ixrac edib. Bu, ötən ilin eyn dövrü ilə müqayisədə 3,3 faiz azdır.

Eyni zamanda, neft məhsullarının ixracı 533 193 ton təşkil edib ki, bu da 2020-ci il yanvar-may ayları ilə müqayisədə 8,3 faiz az olub.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/economy/957216.html