DİM doktoranturaya imtahan verənlərə müraciət etdi

 00:14 17.06.2021     59

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən xarici dillər üzrə doktoranturaya qəbul və xarici dillər üzrə fəlsəfə doktoru imtahanı iyunun 20-də, əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı isə iyunun 21-də keçiriləcək.

DİM-dən Axar.az-a bildirilib ki, namizədlər (iddiaçılar) “İmtahana buraxılış vərəqəsi”ni Mərkəzin saytından çap edə bilərlər.

İştirakçılar buraxılış vərəqəsi ilə bir yerdə “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni də çap edirlər. Bəyannamə ayrıca vərəqdə çap edilməli və imtahan günü şagird tərəfindən imzalanmaqla imtahan nəzarətçisinə təqdim olunmalıdır.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/566438.html