Avro-2020: İlk 1/8 finalçı bəlli oldu

 01:03 17.06.2021     52

Futbol üzrə Avropa çempionatında ilk 1/8 finalçısının adına aydınlıq gəlib.

Axar.az xəbər verir ki, A qrupunda yer alan İtaliya millisi İsveçrə yığmasına 3-0 qalib gələrək, xallarının sayını 6-ya çatdırıb. Bununla italiyanlar qrupdan çıxmağı təmin edib.

Qeyd edək ki, günün digər matçında B qrupunda yer alan Rusiya seçməsi Finlandiyaya 1-0 qalib gəlib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/idman/566450.html