Bayden CNN-nin müxbirinə əsəbiləşdi, sonra üzr istədi

 01:14 17.06.2021     57

ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinlə görüşündən sonra CNN-nin müxbiri Keytlin Kollinzin sualına olduqca sərt formada cavab verib.

Axar.az xəbərə verir ki, jurnalist görüşdən çıxan Baydenə “Nə üçün Vladimir Putinin mövqeyinin dəyişəcəyinə əminsiniz?” sualını ünvanlayıb.

Ağ Ev rəhbəri isə sualı əsəbi formada cavablayıb:

“Mən əmin deyiləm ki, o mövqeyini dəyişəcək. Harada lənətə gəlsin... Bu vaxt ərzində siz nə edirsiniz? Harada demişəm ki, mən əminəm? Demişəm ki, dünya onların (Rusiya – red.) addımlarına reaksiya versə, bu, onların davranışını dəyişdirəcək və statusunu aşağı salacaq. Mən heç nədə əmin deyiləm. Sadəcə faktı bildirirəm”.

Bir qədər sonra isə Bayden sözügedən müxbirdən üzr istəyib:

“Son sualı verən şəxsdən üzr istəməliyəm. Cavablayarkən “ağıllı” görünməməli idim”.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/566451.html