Türkiyədə daha 71 nəfər virusun qurbanı oldu

 01:11 17.06.2021     51

Son 24 saat ərzində Türkiyədə koronavirusdan 71 nəfər vəfat edib.

Publika.az xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyinə istinadən bildirir ki, iyunun 16-da yoxlanış məqsədilə götürülən 227 163 testdən 6221-i müsbət çıxıb. Sutka ərzində 4632 nəfərin sağalması və ya karantin müddətinin bitməsi ilə bugünədək virusdan sağalanların ümumi sayı 5 215 654 nəfərə yüksəlib.

Qeyd olunub ki, hazırda Türkiyə xəstəxanalarında COVID-19 diaqnozu ilə yatan ağır xəstələrin sayı 881 nəfərdir.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/region/359782.html