Çavuşoğlu üç ölkədən olan həmkarları ilə görüşdü

 01:50 17.06.2021     56

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada Albaniya, Bosniya və Hersoqovina və Monteneqrodan olan həmkarları ilə görüşüb.

Axar.az xəbər verir ki, bu barədə Çavuşoğlu Tvitter hesabında paylaşım edib.

Qeyd edək ki, bu gün Antalyada Cənub-Şərqi Avropa Əməkdaşlıq Prosesi çərçivəsində XİN rəhbərlərinin görüşü keçiriləcək.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/566455.html