Serxio Ramos "Real"dan ayrıldı

 03:43 17.06.2021     45

İspaniyalı müdafiəçi Serxio Ramos "Real Madrid" futbol klubundan ayrılıb.

Publika.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti bildirib.

Məlumata əsasən, iyunun 17-də futbolçunun vida mətbuat konfransı klub prezidenti Florentino Peresin iştirakı ilə baş tutacaq. 35 yaşlı S.Ramosun "Real Madrid" ilə müqaviləsi 30 iyun 2021-ci ilə qədər imzalanıb.

Son illər ərzində o "Real"ın kapitanı olub.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/idman/359783.html