İstanbulda fabrikdə GÜCLÜ YANĞIN - FOTO

 04:30 17.06.2021     42

İstanbul şəhərində güclü yanğın hadisəsi baş verib.

Publika.az "TRT Haber"ə istinadla xəbər verir ki, hadisə Kiçikçəkməcə rayonu, Halqalı Mərkəz məhəlləsi Mətbuat Prospektində təxminən 5 min kvadratmetr ərazidə yerləşən birmərtəbəli kağız qablaşdırma fabrikində qeydə alınıb.

Hadisə yerinə xilasetmə, sağlamlıq, polis və bələdiyyə polis qrupları cəlb edilib. Xilasetmə qrupları yanğının miqyasının böyüməməsi üçün opetaiv fəaliyyət göstərirlər.

Başvermə səbəbi bilinməyən yanğının söndürülməsi üçün 3 saatdır mübarizə aparılır.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/region/359788.html