Eriksen əməliyyat olunacaq

 21:26 17.06.2021     39

Danimarka millisinin futbolçusu Kristian Eriksen əməliyyat olunacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçinin ürəyinə implant kardioverter-defibrilyator yerləşdiriləcək. B cihaz ürəyin qəfil dayanmasının qarşısını alır.

Xatırladaq ki, Avro-2020-nin B qrupunda iyunun 12-də keçirilən Danimarka - Finlandiya oyununun gedişində Kristien Eriksenin səhhətində ciddi problem yaranmış, futbolçu ilkin tibbi yardımdan sonra birbaşa xəstəxanaya təxliyyə olunmuşdu.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/sport/957410.html