"Səbail" futbolçusu ilə müqaviləni uzatdı

 21:29 17.06.2021     46

"Səbail" müdafiəçi Adil Nağıyev ilə müqavilənin müddətini artırıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, anlaşmaya əsasən, 26 yaşlı futbolçu daha 1 il "dənizçilər"in formasını geyinəcək.

Adil Nağıyev 2019-cu ilin avqustundan "Səbail"də çıxış edir.

Qeyd edək ki, "Səbail" bundan əvvəl Əfran İsmayılov və Rauf Əliyevlə də müqaviləni uzadıb.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/sport/957417.html