Whatsapp artıq bu funksiyanı dəstəkləyir

 21:45 17.06.2021     51

Whatsapp tərtibatçıları insanlar arasındakı ünsiyyət imkanını daha da genişləndirmək qərarını veriblər. Belə ki, bundan sonra sözügedən messencer vasitəsilə KaiOS əməliyyat sistemli bir çox sadə düyməli mobil telefonlara zəngləri reallaşdırmaq mümkün olacaq. Whatsapp hələ bir neçə il bundan öncə KaiOS platformasında istifadəyə verilmişdi. Ucuz telefonlara sahib istifadəçilər bunun sayəsində messencerin bir sıra funksiyalarından istifadə etmək imkanına sahib oldular.

Beləliklə onlar öz yaxınları ilə ünsiyyəti asan şəkildə davam etdirə bilirdilər. Whatsapp-ın 2.2110.41 yenilənməsi ilə isə həmin istifadəçilər messencer vasitəsilə istənilən cihaza birbaşa zəng etmək imkanını əldə ediblər. Tərtibatçılar bu yeni funksiyanı istifadəyə versələr də o, hamı üçün aktiv deyil. Belə ki, funksiyanın çalışması üçün telefon minimum 512 MB RAM-a sahib olmalıdır. Bu isə o deməkdir ki, ucuz düyməli telefona sahib bir çox istifadəçi messencer vasitəsilə birbaşa zəng funksiyasından istifadə edə bilməyəcək.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/956861.html