Microsoft yeni videosunda növbəti Windows-un adına işarə edib - VİDEO

 21:50 17.06.2021     53

24 iyun tarixində baş tutacaq yeni Windows versiyasının təqdimatına az müddət qalmış Microsoft şirkəti maraqlı video təqdim edib. Təqdim olunmuş video ona görə maraqlıdır ki, o, yeni Windows-un adına birbaşa işarə edir. Meditativ video əvvəlki Windows versiyalarının işə salınma səslərinin yavaşladılmış versiyalarını özündə birləşdirir. Maraqlısı ondadır ki, sözügedən videonun xronometrajı 11 dəqiqə təşkil edir. Bu isə öz növbəsində yeni Windows versiyasının adına işarə edir.

Bundan ələavə olaraq 24 iyun tarixində keçiriləcək təqdimat tədbiri Şərqi Avropa saatı üzrə saat 11:00-da baş tutacaq. Təqdimat tədbirinə dəvət loqosunda əks olunmuş standart Windows pəncərəsi 11 ədədi kimi kölgəni əks etdirir. İnsayderlər bir neçə gün bundan öncə məlumat vermişdilər ki, 24 iyun tarixində Microsoft həqiqətən də Windows 11 əməliyyat sistemini təqdim edəcək. Məlumata əsasən Sun Valley kod adına sahib yeni əməliyyat sistemi yeni istifadəçi interfeysi dizaynını və Android tətbiqlərin işə salınması imkanını əldə edəcək.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/956864.html