“Xiaomi” enerji toplayan çıxışla təchiz edilməyən smartfon təqdim edəcək

 22:15 17.06.2021     54

Çinin "Xiaomi" şirkəti enerjinin doldurulması üçün çıxışa malik olmayan smartfon buraxacaq: qurğunun enerji toplaması simsiz üsulla həyata keçiriləcək. Bu barədə "Gizmochina" nəşri məlumat yayıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, port və çıxışla təchiz edilməyən smartfonların yaradılması imkanı şirkətin "HyperCharge" adlı simli və simsiz texnologiyasının təqdimatında müzakirə edilib.

Simsiz enerjidoldurma zamanı müvafiq blok smartfona 120 vatt gücündə enerji ötürə bilir. Texnologiya yaradıcılarının sözlərinə görə, "Xiaomi" şirkəti 2022-ci ildə "USB-С" çıxışı ilə təchiz edilməyən smartfon buraxacaq.

Həmçinin şirkət simli enerjidoldurmanın hələ də əsas enerji üsulu olmasının yeganə səbəbini açıqlayıb. Şirkət nümayəndələr qeyd edib ki, simli enerjidoldurma texnologiyası, eləcə də onun üçün infrastruktur hələ ki mükəmməl səviyyəyə gəlib çatmayıb.

Nizam Nuriyev

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/956856.html