Bakıda 81 yaşlı qadının evindən oğurluq edən şəxs SAXLANILDI - FOTO

 22:12 17.06.2021     47

Bakının Nəsimi rayonunda tənha yaşayan 1940-cı il təvəllüdlü Elmira Əzimovanın evindən oğurluq edən şəxs müəyyən olunub.

Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

E.Əzimovanın çatasından pul oğurlamaqda şübhəli bilinən, 1996-cı il təvəllüdlü Seyran Kazımov polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunaraq saxlanılıb.

Onun barəsində Nəsimi RPİ-də araşdırmalar davam etdirilir, onun digər oğurluq əməllərində iştirakının olub-olmaması yoxlanılır. Onun əməllərindən zərərçəkmiş vətəndaşlar varsa, polisə müraciət edə bilər.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/hadise/359893.html