Elmira nənənin pulunu oğurlayan şəxs həbs edildi - FOTO

 22:22 17.06.2021     56

Bakının Nəsimi rayonunda tənha yaşayan 1940-cı il təvəllüdlü Elmira Əzimovanın evindən oğurluq edən şəxs  həbs olunub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyevin dediyinə görə, Elmira nənənin çatasından pul oğurlamaqda şübhəli bilinən, 1996-cı il təvəllüdlü Seyran Kazımov polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunaraq saxlanılıb.

Onun barəsində Nəsimi RPİ-də araşdırmalar davam etdirilir, onun digər oğurluq əməllərində iştirakının olub-olmaması yoxlanılır. Onun əməllərindən zərərçəkmiş vətəndaşlar varsa, polisə müraciət edə bilər.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/society/957530.html