Nənənin evində dolma yeyib, pulunu oğrayan şəxs həbs edildi

 22:29 17.06.2021     55

Paytaxtın Nəsimi rayonunda tənha yaşayan yaşlı qadının evindən oğurluq edən şəxs həbs edilib.

Axar.az Unikal.org-a istinadla xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

“Elmira nənənin çantasından pul oğurlamaqda şübhəli bilinən 1996-cı il təvəllüdlü Seyran Kazımov polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunaraq saxlanılıb. Onun barəsində Nəsimi RPİ-də araşdırmalar davam etdirilir, onun digər oğurluq əməllərində iştirakının olub-olmaması yoxlanılır. Onun əməllərindən zərərçəkmiş vətəndaşlar varsa, polisə müraciət edə bilər", - Hacıyev bildirib.

Qeyd edək ki, jurnalist Ləman Ələşrəfqızı sözügedən oğurluqla bağlı məlumat paylaşmışdı. Jurnalist oğrunun kameraya düşən fotosunu da yaymışdı.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/566660.html