Mahir Emreli ilk oyununda het-trik etdi

 22:24 17.06.2021     51

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşa "Legiya"sının heyətində ilk oyununa çıxıb.

Publika.az xəbər verir ki, 24 yaşlı hücumçu Avstriya Regional Liqasında çıxış edən "Bişofshofen"i ilə yoxlama matçının start heyətində yer alıb. O, ilk yarıda 3:0 hesabı ilə qalib gələn Varşava komandasının hər üç qolunun müəllifi olub. Emreli 6-cı, 22-ci və 36-cı dəqiqələrdə fərqlənib.

Hazırda isə "Legiya" 4:0 hesabı ilə öndədir. Emreli 60-cı dəqiqədə əvəzlənib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/idman/359894.html