Mahir Emreli “Legiya” forması ilə ilk oyunda het-trik etdi

 22:38 17.06.2021     53

Azərbaycan yığmasının futbolçusu Mahir Emreli Polşa "Legiya"sının heyətində ilk oyununa çıxıb.

Axar.az xəbər verir ki, 24 yaşlı hücumçu Avstriya Regional Liqasında çıxış edən "Bişofshofen"i ilə yoxlama matçının start heyətində yer alıb.

O, ilk yarıda 3:0 hesabı ilə qalib gələn Varşava klubunun hər üç qolunun müəllifi olub. Emreli 6-cı, 22-ci və 36-cı dəqiqələrdə fərqlənib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/idman/566662.html