Azərbaycanda ürək həkimi yolda vuruldu

 22:37 17.06.2021     50

Yevlax-Bərdə avtomobil yolunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, "Mercedes" markalı yük maşını Mamedov Tahir Yolçu oğlunu vuraraq müxtəlif bədən xəsarətləri yetirib.

Yaralı xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, vurulan Yevlax sakini ürək həkimidir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/society/957537.html