Bakıda qardaş bacısını küçədə bıçaqladı

 22:38 17.06.2021     50

Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Aşıq Molla Cümə küçəsində qeydə alınıb.

1997-ci il təvəllüdlü Əkbərli Elnurə Səbri qızı küçədə qardaşının hücumuna məruz qalıb. Qardaşı onun üz, qol və qarın nahiyəsinə ümumilikdə 3 bıçaq zərbəsi vurub.

Yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/society/957584.html