Ağ Evdən Baydenin son görüşləri ilə bağlı - Açıqlama

 22:47 17.06.2021     54

Administrasiya son günlər prezident Co Baydenin keçirdiyi görüşləri məhsuldar və anlamlı hesab edir.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.

“Bu, qeyri-adi dərəcədə məhsuldar, mənalı, nəzərə çarpan nəticələrə malik zirvə görüşləri idi”, - deyə amerikalı rəsmi bildirib.

Qeyd edək ki, Avropa turnesinə çıxan C.Bayden türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin, həmçinin Böyük Britaniya kraliçası II Yelizavate və digər rəsmilərlə görüşlər keçirib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/566664.html