Apple peyvənd olunan müştəriləri mağazalarına maskasız buraxacaq

 22:55 17.06.2021     57

"Apple" şirkətin ABŞ-dakı mağazalarında və ofislərində koronavirus pandemiyası səbəbiylə qoyulan tələbləri yumşaltmağa başlamaq niyyətindədir.

Milli.Az ted.az-a istinadən bildirir ki, "Apple" mağazalarında peyvənd olunan müştərilərin qoruyucu tibbi maskalar taxmalarına ehtiyac qalmayacaq. Şirkət işçiləri müştərilərdən peyvənd olunma barədə təsdiq istəməyə bilərlər. Yumşalma iyunun 15-dən qüvvəyə minir.

Bununla birgə, Kaliforniya ştatındakı bəzi ofislərin personalı istisna olmaqla mağazası işçiləri qoruyucu tibbi maskaları ​​taxmaqda davam etməli olacaqlar.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/956868.html