Krımda sel fəlakəti: mindən çox insan evakuasiya edildi

 22:57 17.06.2021     59

Krıma yağan güclü yağış daşqınlara səbəb olub.

Axar.az xəbər verir ki, Kerç şəhərinin Lenin və Kirov rayonlarında 300-dən çox evi sel suları basıb.

Mindən çox sakin ərazidən evakuasiya edilib.

Hazırda Rusiya Fövqəladə Hallar İdarəsinin Krım regional bölməsi təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər görür.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/566667.html