Rusiyada virusla bağlı GƏRGİNLİK: "Rospotrebnadzor” tədbirləri sərtləşdirməyi tapşırdı

 23:00 17.06.2021     53

"Rospotrebnadzor”un rəhbəri Anna Popova Rusiyada koronavirus infeksiyası ilə əlaqədar vəziyyətin son dərəcə gərgin olduğunu söyləyib.

Publika.az RT-yə istinadla xəbər verir ki, o, bu barədə COVID-19-la mübarizə ilə bağlı hökumət yanında yaradılmış Koordinasiya Şurası Rəyasət Heyətinin iclasında bildirib.

Popova, bu gün epidemioloji vəziyyətin son dərəcə gərgin olduğunu deyib və bölgələrdəki işçilərə koronavirusla əlaqədar vəziyyətin izlənməsini gücləndirməyi və lazım gələrsə tədbirləri sərtləşdirməyi tapşırıb.

Rusiya Səhiyyə Naziri Mixail Muraşko da ölkədə koronavirus infeksiyasına yoluxanların bir həftə ərzində 30% artdığını bildirib.

Hüseyn


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/mdb/359896.html