Şuşa ilə bu Türkiyə şəhəri qardaşlaşacaq - Açıqlama

 23:41 17.06.2021     57

Biz dünən Azərbaycan idik. Paşinyanın oynadığı yerdə, Cıdır düzündə gözəl bir Qafqaz rəqsi etdik. Bu, gözəl cavab idi. Ərdoğan, Əliyev, hamımız orda idik.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədrinin müşaviri və Qəhrəmanmaraş üzrə deputatı Mahir Ünal şəhər valisi Ömər Faruk Coşqunla görüşündə deyib.

“Biz başqanla bu barədə düşündük. Məlum, Şuşa mədəniyyət və sənət mərkəzidir. Əhməd Ağaoğludan tutmuş, bir çox şair və ədəbiyyatçının dünyaya göz açdığı şəhərdir. Qəhrəmanmaraş bu baxımdan Şuşaya çox bənzəyir. Başqanımız bu gün fəaliyyətə keçdi. İstəyirik ki, Şuşa ilə Qəhrəmanmaraş qardaş şəhər olsunlar”, - deyə M.Ünal bildirib.

Qəhrəmanmaraş Böyükşəhər bələdiyyə sədri Hayrettin Güngör isə bununla bağlı Daxili İşlər Nazirliyinə rəsmi müraciət ünvanlayacağını açıqlayıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/566671.html