Ukrayna parlamentində dava

 23:41 17.06.2021     64

Ukraynada Radanın iclasında Milli Televiziya və Radio Yayımı Şurası islahatı ilə bağlı qanun layihəsinə dəyişikliklərin müzakirəsi zamanı dava baş verib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, davaya "Xalqın Xidmətçisi" partiyasından millət vəkili Nikita Poturayevin "Müxalifət Platforması gülləbaran edilməlidir" sözləri səbəb olub.

Onun  ifadələri müxalifət təmsilçiləri ilə "Xalqın Xidmətçisi" partiyasından olan deputatlar arasında davaya gətirib çıxarıb.

İclasa fasilə verilib. Fasilədən sonra Poturayev üzr istəyib, o, sözlərinin şiddət çağırışı olmadığını, heç bir millət vəkilinin təzyiqə layiq olmadığını söyləyib.

Parlamentin sədri Dmitri Razumkov hər kəsi açıqlamalarına diqqət etməyə çağırıb.

Müxalifət Platforması Poturayevin Humanitar Yardım və Elm Siyasəti Komitəsi sədrliyindən uzaqlaşdırılmasını tələb edib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/957713.html