Paşinyandan ŞOK TƏLƏB

 23:44 17.06.2021     57

Fövqəladə Hallar Nazirliyinin Xilasetmə Xidmətinin rəhbəri Armen Gasparyan xidmət işçilərinə Nikol Paşinyanın bugünkü mitinqində mülki geyimdə iştirak etmələrini əmr edib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, işçilər əmrə əsasən "Armenia Marriott Otel"in qarşısında toplanmalıdırlar.

Gasparyan xidmət təşkilatı şöbəsinin müdiri Tiqran Avagyana, Fövqəladə Hallar Nazirliyi işçilərinin Respublika Meydanında olmasını təşkil etməyi tapşırıb.

İşdə olmayan işçilərin işdən çıxarılması prosesinin sabah, cümə günü seçkilər ərəfəsində keçirilməsi planlaşdırıldığı açıqlanıb.

Qeyd edilib ki, Gasparyan bu əmri məhz Nikol Paşinyan verib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/politics/957714.html