Merdən Moskva ilə bağlı xəbərdarlıq: Sabah 9 min insan...

 23:59 17.06.2021     63

Hazırda Moskvada ötən il Çindən yayılan virusdan daha aqressiv və sürətlə yayılan bir mutasiya ilə üz-üzəyik.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Moskva meri Sergey Sobyanin çıxış edib.

Mer COVİD-19 epidemiyası ilə əlaqədar vəziyyətin paytaxtda daha da pisləşdiyini vurğulayıb:

"Moskvada epidemiya vəziyyəti sürətlə pisləşir. Bu, gözlənilməzdir, çünki moskvalıların 60 faizdən çoxu bu xəstəliyə tutulub və ya peyvənd olunub. Bu səbəbdən epidemiyanın geniş vüsət alması gözlənilməz durumdur. Yoluxma sayında azalma gözlənilirdi".

Sobyanin sərt karantin rejiminin tətbiq edilə biləcəyi barədə xəbərdarlıq edib:

"18 iyunda təkcə paytaxtda 9 min insanın virusa yoluxması aşkarlana bilər".


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/566684.html