Gülüstan Sarayı yaxınlığında yanğın baş verdi

 00:08 18.06.2021     68

Bakının Səbail rayonunda yanğın hadisəsi olub.

Axar.az Report-a istinadən xəbər verir ki, hadisə Bayıl qəsəbəsində, Gülüstan Sarayının yaxınlığında qeydə alınıb.

Otluq ərazidə baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən texnikası və yanğınsöndürənləri cəlb olunub. İlkin məlumata görə, yanğın nəticəsində təqribən 500 m² sahədə quru ot və kol-kos yanıb.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində söndürülüb. Ətraf ərazilər yanğından mühafizə olunub.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/hadise/566687.html