Nura Surinin oğlu dəhşətli yol qəzasına düşdü - FOTO/VİDEO

 10:03 18.06.2021     30

Müğənni Nura Surinin oğlu Xosrov qəzaya düşüb.

Publika.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bir neçə gün əvvəl ABŞ-ın Kaliforniya ştatının Beykersfild şəhərində baş verib.

O, San-Fransiskodan Los-Ancelesə gələrkən qəza törədib. Belə ki, dostunun avtomobilinin sükanı arxasında əyləşən 25 yaşlı Xosrov idarəetməni itirib, nəticədə maşın beş dəfə dövrə vurub. Qəza zamanı onun ağciyəri zədələnib, beyin travması alıb. Həkimlərin səyi nəticəsində sənətçinin oğlunun həyatını xilas etmək mümkün olub.

N. Suri məlumatı təsdiqləyib. İfaçı övladının möcüzəvi şəkildə həyatda qaldığını bildirib: “Bir ay dincəlməlidir. Şükürlər olsun, həkimlər vaxtında müdaxilə edib. Allah onu qoruyub. Hazırda vəziyyəti yaxşıdır”.

Qeyd edək ki, Xosrov uzun illərdir ABŞ-da yaşayır. O, “Amazon” şirkəti ilə əməkdaşlıq edib. Hazırda peşəkar kikboksinqlə məşğuldur, eyni zamanda “Delivery guys” şirkətinin rəhbəridir.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/hadise/359928.html