“Victoria's Secret” gözəl “mələk”ləri uğurlularla əvəzlədi

 10:14 18.06.2021     34

"Victoria's Secret" brendi "mələklər" kimi tanınan modellərindən imtina edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, brend bədən quruluşu gözəl olan qadınları nailiyyətləri ilə seçilən qadınlarla əvəzləmək istəyir.

Yeni modellərin siyahısına 35 yaşlı aktivist və futbolçu Meqan Rapino, 17 yaşlı xizəkçi Eylin Qu, 29 yaşlı model Paloma Elzesser, həmçinin 38 yaşlı hindistanlı aktrisa Priyanda Çopra Conas daxil olub.

"Dünya dəyişdikdə biz buna çox gec reaksiya verdik. Bizim brendimiz kişilərin istədiyi olmaqdan çıxıb, qadınların istədiyi olmalıdır", - deyə şirkətin icraçı direktoru Martin Uoters bildirib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/showbiz/957741.html