Yunanıstan şirkətinə xəbərdarlıq edildi: Azərbaycan qazının daşınması gecikməməlidir!

 10:49 18.06.2021     38

Bolqarıstan Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) tikintisi üzrə podratçı müəssisə olan Yunanıstanın J&P AVAX şirkətinə xəbərdarlıq məktubu göndərib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Bolqarıstanın energetika naziri Andrey Jivkov deyib.

O bildirib ki, tikintinin başa çatması ilə bağlı razılaşdırılmış müddətə əməl olunmayacağı təqdirdə cərimə tətbiq olunacaq:

"Bunun baş verəcəyi təqdirdə Bolqarıstan tərəfi ləngimənin hər bir günü üçün 90 min avro məbləğində cərimənin tətbiq olunmasına başlayacaq. Bu xəbərdarlığın qeyd olunduğu məktub J&P AVAX şirkətinə göndərilib".

Qeyd edək ki, Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan Yunanıstan-Bolqarıstan interkonnektoru tikinti mərhələsindədir və tikintinin 2021-ci ilin sonunadək başa çatması planlaşdırılır.

Milli.Az 


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/economy/957787.html