AVRO-2020: Niderlandı 1/8 finala daşıyan qələbənin VİDEOsu

 11:07 18.06.2021     33

Xəbər verdiyimiz kimi, dünən Avro-2020-nin qrup mərhələsinin matçları davam edib.

Milli.Az xəbər verir ki, Avropa çempionatının C qrupunda II tura yekun vurulub.Niderland Amsterdamdakı "Yohan Kroyf Arena"da Avstriya ilə qarşılaşıb.

Rəqibini 2:0 hesabı ilə məğlub edən "narıncılar" 1/8 finala vəsiqəni təmin ediblər.

Görüşdə hesabı 11-ci dəqiqədə penaltidən Memfis Depay açıb. İlk hissə bu hesabla başa çatıb.

İkinci yarıya da fəal başlayan meydan sahibləri 67-ci dəqiqədə Denzel Dümfrisin qolu ilə fərqi 2 topa çatdırıblar. Bu qol eyni zamanda oyunun yekun nəticəsini müəyyənləşdirib.

Beləliklə, xallarını 6-ya çatdıran Niderland seçməsi vaxtından əvvəl pley-offa yüksəlib. Avstriya isə 3 xalla üçüncü pillədə qərarlaşıb.

Daha əvvəl İtaliya və Belçika yığmalarının qrupdan çıxmaları dəqiqləşib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/sport/957756.html