Kuznetsov: Sərhəd 1921-ci il xəritələri ilə çəkilə bilər

 11:21 18.06.2021     37

Ermənistanda hakimiyyətə kim gəlirsə-gəlsin, artıq üç fakt danılmaz olaraq erməni xalqı tərəfindən qəbul olunacaq: Qarabağ Azərbaycandır, Ermənistan məğlub ölkədir, dövlət sərhədi Azərbaycanın istədiyi yerdən keçəcəkdir!

Bu barədə Axar.az-a tanınmış rusiyalı tarixçi, hərbi ekspert Oleq Kuznetsov bildirib.

“Hətta ərhədlər 1975-ci ilin xəritələri ilə deyil, 1921-ci ilin xəritələri ilə çəkilə bilər”, - deyə həmsöhbətimiz qeyd edib.

Onun sözlərinə əsasən, Ermənistanın daxili siyasi həyatı getdikcə daha çox “Şapito” sirkinə oxşayaraq “Absurd teatrına” çevrilir.

“Erməni siyasətçilər öz xalqına, onların milli-dini şüuruna xas olan ən pis, mental cəhətlərini bütün dünyaya göstərdilər. Dünya ictimaiyyəti ermənilərin iç üzlərini gördü”, - deyə Kuznetsov qeyd etdi.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/siyaset/566732.html