Nazirdən tələbə təhsil kreditləri ilə bağlı vacib - Açıqlama

 11:28 18.06.2021     38

Tələbə təhsil kreditləri tələbənin özünə deyil, ali təhsil müəssisələrinə veriləcəkdir.

Axar.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin bu gün keçirilən brifinqində Təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, kreditlərin ödənməsini fondun əmanətər şurası müəyyən edəcək:

"Ola bilər ki, tələbə təhsil haqqının bir hissəsini öz büdcəsi ilə, digərini kreditlərlə ödəyəcək. Tələbə kreditləri əlavə seçim olaraq tələbələrə təqdim edilir. Bir daha qeyd edim ki, kreditlərin verilməsi təhsil tarixində irəliyə doğru addımdır və təhsildə böyük imkanlar yaradır"


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/566739.html