Tələbələrə təhsil krediti hansı faizlə və müddətə veriləcək?

 11:30 18.06.2021     35

Təhsil Tələbə Kredit Fondunun faizləri simvolik olacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.

Nazir bildirib ki, sosial həssas ailələrdən olan tələbələrə verilən krebditlərin faiz dərəcəsi çox aşağı simvolik faizlərlə 1-2 faiz olacaq.

O qeyd edib ki, öz hesabına təhsil alan tələbələr üçün is standart paket tətbiq olunacaq və onun da faiz dərəcəsi müəyyən olunacaq: "Ancaq faizlər çox aşağı dərəcədə olacaq. Fondun məqsədi odur ki, daha çox insan, o cümlədən sosial qrupa aid olan ailələrdən insanlar ali təhsil almaq imkanı əldə etsin"

Nazir bildirib ki, Təhsil Tələbə Kredit Fondun tərəfindən verilən krebditlər uzun müddətli olacaq:

"Kreditin müddəti müzakiə olunub təsdiq olunmalıdır, ancaq uzun müddətli, təxminən 20 il ərzində tələbə həmin vəsaiti geri ödəyəcək".

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/society/957817.html