Bu tələbələrə təhsil krediti ilə bağlı güzəştlər olacaq

 11:39 18.06.2021     45

Yaxşı göstəriciləri olan tələbələrə Təhsil Tələbə Kredit Fondun tərəfindən güzəştlər olunacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.

Nazir bildirib ki, kredit verilən zaman tələbələrin giriş balları da nəzərə alınacaq. Onun sözlərinə görə, tələbə yaxşı oxuyarsa və göstəriciləri yüksək olarsa həmin tələbələrə güzəştlər tətbiq olunacaq, yəni faizində və ya əsas məbləğində müəyyən güzəştlər olunacaq.

Nazir əlavə edib ki, tələbə kreditləri birbaşa olaraq tələbənin oxuduğu universtetin hesabına köçürüləcək.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/society/957818.html