ABŞ koronanın müalicəsinə 3,2 milyard ayırır

 11:47 18.06.2021     39

ABŞ hökuməti COVİD-19 xəstəliyinin müalicəsini təmin edən yeni bir proqrama 3.2 milyard dollardan çox sərmayə yatıracaq.

Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” dövlət qurumlarına istinadən xəbər yayıb.

Bildirilir ki, investisiya koronavirus xəstəliyinə uyğun dərmanların klinik sınaqlarını sürətləndirmək üçün istifadə ediləcək:

“Nikbin ssenaridə dərmanın bu ilin sonuna qədər təsdiqlənəcəyi qeyd olunur. Vəsaitlərin təxminən üçdə biri tamamilə yeni dərmanlar hazırlayan tədqiqat mərkəzlərinə gedəcək - xəstəliyi erkən mərhələdə bloklayan və ya pandemiyaya səbəb ola biləcək digər infeksiyaların öhdəsindən gəlməyə kömək edənlər”.

Qeyd edək ki, ötər il ABŞ rəsmiləri peyvəndin hazırlanması üçün 18 milyard dollardan çox vəsait ayırmışdılar.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/566736.html