Milli Məclisin bu komitəsi toplanır – Niderlanda görə

 11:51 18.06.2021     40

“Bu gün saat 13:00-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Niderland parlamentinin Azərbaycana qarşı atdığı addımlarla bağlı xüsusi iclas keçirəcək”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib. Sədr iclas barədə əlavə məlumat verməyib. Bununla yanaşı, deputat Səməd Seyidov bildirib ki, yalnız Niderland parlamenti Azərbaycanın əleyhinə 14 qətnamə qəbul edib:

“Bunların heç birinin keçmədiyi, hansısa nəticə vermədiyi halda onlar məcburiyyət qarşısında Azərbaycanın, Türkiyənin gücünü, təsir imkanlarını dərk etməyə başlayırlar. Eyni zamanda qəbul edirlər. Bu nöqteyi-nəzərdən Şuşa Bəyannaməsi bu gücü, bu müstəqilliyi və bu beynəlxalq münasibətlər düsturunu, davranış qaydalarını təsdiq edən bir sənəd kimi qiymətləndirilməlidir. Ona görə də Şuşa Bəyannaməsinin xüsusi tarixi əhəmiyyəti var”.

Tural Turan


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/nida_xeber/359942.html