Kreditlər əvvəlcə bu tələbələrə veriləcək

 11:57 18.06.2021     43

Prezidentin sərəncamı ilə dövlət hesabına təhsil alan tələbələrin sayının 50 faizə çatdırılması planlaşdırılır.

Publika.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev deyib. Onun sözlərinə görə, ödənişli təhsil alan və sosial həssas qrupa aid olan şəxslərin sayı 15 minə qədərdir: "Bu qrupun sayı dəyişə bilər. Sosial həssas qrupa aid olmayan tələbələrin sayı ümumi tələbə kontingentinin 30-35 faizini təşkil edir. Biz rəqabətliliyi nəzərə almaqla qiymətləri yüksək olan tələbələrə kreditlərin daha əvvəl verilməsini nəzərə alacağıq" .

Emin Əmrullayev əlavə edib ki, orta ixtisas, bakalavr və magistr tələblərinə tələbə təhsil kreditləri veriləcək: "Bu kreditlər dünyanın hər yerində var və sosial xarakter daşıyır. Vətəndaşların qarşılıqlı əməkdaşlıq və məsuliyyətli şəkildə məsələyə yanaşması olduqca vacibdir. Çalışmalıyıq ki, belə imkanlar tələbə kontingentini daha da irəli aparsın".

Nazir qeyd edib ki, kredit məbləğləri Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək: "Məbləğ təhsil haqqının yarısı və ya sosial qrupda 100 faizi qədər ola bilər. Tələbənin özünün maliyyə qərarına görə kreditlər ona ödəniləcək".


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/elmvetehsil/359947.html