Təhsil krediti bu tələbələrə veriləcək - Meyarlar açıqlandı

 11:55 18.06.2021     33

Təhsil Tələbə Kredit Fondunun kredit vermə meyarları iki istiqamətdə olacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.

Nazir bildirib ki, 1-ci qrup, yəni sosial həssas ailələrdən olan tələbələrin maddi və sosial vəziyyəti əsas götürüləcək.

Onun sözlərinə görə, 2-ci qrup, yəni öz hesabına təhsil alan tələbələrə kreditlər verilən zaman isə tələbələrin akademik göstəriciləri nəzərə alınacaq: "Daha sonra isə fondun maliyyə imkanları nəzərə alınaraq digər tələbələrə də kreditlər verilə bilər. Lakin əsas məqsəd ondan ibarətdir ki, təhsilin keyfiyyəti də artırılsın. Bu baxımdan əgər tələbənin akademik göstəriciləri yüksəkdirsə, ilk növbədə onlara kredit veriləcək".

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/society/957828.html