Azərbaycana tarixi dəstək

 12:11 18.06.2021     35

Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlığa dair bəyannamənin "ŞUŞA BƏYANNAMƏSİ" adlandırılmasının mühüm tarixi əhəmiyyəti var.

"ŞUŞA BƏYANNAMƏSİ" Azərbaycan-Türkiyə arasında olan strateji ortaqlığı daha da yüksəklərə qaldıracaq mövqe sənədidir.

Nüşabə Məmmədova: Beynəlxalq səviyyəli layihələr davamlı olacaq

Son illərdə Azərbaycan ilə Türkiyə arasında olan müttəfiq münasibətlərin bütün istiqamətlərdə ən yüksək zirvələrdə möhkəmlənməkdədir. Xüsusilə 44 günlük II Qarabağ müharibəsində Türkiyənin Azərbaycana olan əvəzedilməz hərbi və siyasi dəstəyi hər birimizdə böyük ruh yüksəkliyi yaratdı. Biz tarixi zəfər sevincimizi qardaş Türkiyə ilə paylaşdıq. Hərbi parad önündə Azərbaycan-Türkiyə Prezidentləri birgə addımladı və bu, bütün dünyaya nümayiş olundu. İndi Türkiyə artıq işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinin prosesində edəcəyi dəstəyini bütün dünyaya bəyan edir. Türkiyə bəyan edir ki, II Qarabağ müharibəsində verdiyimiz dəstək bundan sonra da davam edəcəkdir.

Türkiyə Prezidenti cənab Recep Tayyib Erdoğanın Azərbaycana səfərində ən önəmli addımlardan biri də Şuşada baş konsulluq açılmasının bəyan etməsi idi. Hazırkı dönəmdə Türkiyə Prezidenti tərəfindən olunan bu ciddi siyasi jest mühüm əhəmiyyətə malikdir. Bu gün Ermənistan və ona havadarlıq edən qüvvələrin niyyəti göz qabağındadır. Ermənistan rəhbərliyi hələ də Şuşaya olan iyrənc xülyalarından əl çəkməyiblər. Qarabağ, Şuşa ilə bağlı açıqlamalar verirlər. Və Ermənistanı bu kimi xülyalara sürükləyən bəzi havadarlar... Türkiyə Şuşada konsulluq açmaq barədə jesti etməklə aqqressiv qüvvələrə bəyan etdi ki, Türkiyə II Qarabağ savaşında olduğu kimi, bundan sonra da Azərbaycanın yanındadır. İşğaldan azad olunmuş Qarabağ torpaqlarının bərpa prosesində məhz Türkiyə vardır.

Tarixi "ŞUŞA BƏYANNAMƏSİ"ndə digər bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur.

İmzalanmış bəyannamadə bütün yuxarıda qeyd olunan sahələrdən ən vacibi hərbi sənayenin inkişafında Türkiyənin rolunun artırılmasıdır. Türkiyə Prezidenti Recep Tayyib Erdoğan bəyanat etdi ki, bizim gücümüz Azərbaycanın gücüdür. Bu, Azərbaycana verilən tarixi dəstəkdir və beynəlxalq mesajdır.

Nüşabə Məmmədova

Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri,

COJEP Beynəlxalq Təşkilatının Avroasiya ölkələri üzrə koordinatoru


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/nida_xeber/359949.html