Faiq Əliyev vəzifəsindən azad edildi

 12:18 18.06.2021     35

Dənizkənarı Bulvar İdarəsinə məxsus Dənizkənarı Milli Park MMC-nin rəhbəri Faiq Əliyev vəzifəsindən azad edilib.

Axar.az xəbər verir ki, şirkətə rəhbərlik İdarənin əməkdaşı Ceyhun Məmmədova həvalə olunub.

Xatırladaq ki, F.Əliyev indiyə qədər həm də İdarəyə məxsus Sahil Xidməti MMC-yə rəhbərlik edib. Hazırda o, bu vəzifəsində saxlanılıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/566747.html