Tələbə təhsil kreditləri bu şəxslərə şamil olunmayacaq

 12:18 18.06.2021     38

Tələbə təhsil kreditləri ehtimal var ki, Azərbaycanda təhsil alan xarici tələbələrə şamil olunmayacaq.

Publika.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin bu gün keçirilən brifinqində Təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə, fondla bağlı qərarlar qəbul edildikdən sonra daha ətraflı məlumat veriləcək: "Burada məqsəd təhsilin tələbələrimiz üçün təhsilin əlçatanlığının təmsil edilməsidir. Kreditlər haqqında qaydalar bir ay ərzində hazırlanarsa, sentyabrdan etibarən tələbə təhsil kreditlərinin verilməsi planlaşdırılır".

Nazir qeyd edib ki, Təhsil Tələbə Kredit Fondunun verəcəyi kreditin hər il 10 min tələbəni əhatə etməsi planlaşdırılır.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/elmvetehsil/359950.html