Azərbaycan paytaxtında üzüntü: “Deyəcək bir söz yoxdur”

 12:17 18.06.2021     28

Türkiyə komandasının futbolçusu Umut Meraş AÇ-2020-nin qrup mərhələsinin ikinci turunda Uels yığmasına məğlub olduqları oyundan sonra fikirlərini bildirib.

Milli.Az sportinfo.az-a istinadən xəbər verir ki, türkiyəli müdafiəçi, 0:2 hesabıyla bitən oyunla bağlı bunları deyib:

"İstədiyimiz kimi olmadı. Bütün xalqımızdan üzr istəyirik. Qələbə qazanmağı çox istəyirdik, lakin olmadı. Deyəcək bir söz yoxdur.

Hər oyuna qələbə üçün çıxırıq. Bir şeyimiz qalmasa da, son oyuna qələbə üçün çıxacağıq. Nə olur olsun, əlimizdən gələni edəcəyik".

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/sport/957807.html